OXU TV / Milli Təhsil Televiziyası

Hikmət xəzinəsindən
"Bilik güc,güc isə bilikdir."
F.Bekon
Cümə axşamı, 02 Oktyabr 2014 Tarixdə bugün

Valideynlər üçün

  •  “oxu. tv” layihəsinin yaradılmasının məqsədi

         oxu.tv ilk növbədə milli təhsilə dəstək məqsədilə yaradılmışdır. Bu sayt vasitsilə  bütün abunəçilər I-XI siniflərdə tədris olunan bütün fənnlər üzrə istənilən dərsə yüksək keyfiyyətli video formatında baxmaq imkanı əldə etmiş olur.

    Dərsləri tədris edən şəxslər “əməkdar müəllim”, “ilin ən yaxşı müəllimi” adını almış peşəkar pedaqoqlar, ali və orta məktəb dərsliklərinin müəllifləri, Elmlər Akademiyasının və nüfuzlu universitetlərin təcrübəli əməkdaşlarıdır.

    Layihənin yaradılmasında əsas məqsədlər bunlardır:
      

    1.  Azərbaycanda orta təhsil bazasının möhkəmləndirilməsi.
        

     Bu gün bütün istiqamətlərdə olduğu kimi təhsil sahəsində   aparılan islahatlar və yeniliklərin operativ şəkildə geniş tamaşaçı auditoriyasına çatdırması üçün oxu.tv ideal variantdır. Eləcə də, bu layihə vasitəsilə hal-hazırda təhsil sahəsində tətbiq edilməyə başlayan mütərəqqi tədris metodlarının, interaktiv dərslərin, modern əyani və texnoloji vasitələrin şagirdlərə və müəllimlərə nümayiş etdirilməsi mümkündür.

       2.  Ölkənin bütün məktəblilərinin yüksək səviyyəli dərslər almaq imkanları.

           Bu bir reallıqdır ki, bütün müəllimlərin peşəkarlığı və pedaqoji təcrübəsi eyni deyil. Bu layihə vasitəsilə şagirdlər öz sahəsində tanınmış, nüfuzlu müəllimlərin yüksək səviyyəli dərslərinə baxa biləcək.


         3.  Müəllimlərin və xüsusilə də gənc pedaqoji kadrların alternativ dərsləri görmək və bu sahədə təcrübə toplamaq imkanları.

    “oxu. tv” gənc pedaqoji kadrlar və bu sahədə təhsil alan tələbələr üçün təcrübə toplamaq baxımından çox gərəklidir.

     

SORĞU

Əziz abituriyentlər IV qrup üçün ali məktəblərə başlayacaq qəbul imtahanında daha çox hansı fənndən ehtiyat edirsiz?